Pyer Morel
Rejissor, operator, prodüser
Pyer Morel 12 may 1964-cü ildə Fransada doğulub. Fransız rejissoru və operatorudur. 2004-cü ildə Pyer Morel "District 13" filmi ilə dünya şöhrəti qazanıb. 2008-ci ildə nümayiş olunan "From Paris with Love" və "Taken" filmlərini də onun uğurlu işləri sırasına daxil etmək olar. Kino institutunu bitirdikdən sonra Pyer Morel 2000-ci ildə Rişar Berrinin "L'Art (délicat) de la séduction" filmində operator kimi debüt edib. Ardınca Lui Leterye, Kori Yuen, Nensi Mayers, Lük Besson və Filipp Etvel kimi rejissorların filmlərində operator kimi çalışıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Морель,_Пьер_(кинематографист)