Kolin Henks

Kolin Henks

Aktyor

BİOQRAFİYA

Kolin Henks 24 noyabr 1977-ci ildə ABŞ-ın Sakramento şəhərində anadan olub. Məşhur aktyor Tom Henks və aktrisa Samanta Lüisin oğludur. 1982-ci il təvəllüdü Elizabet adlı bacısı və 1990-cı il təvəllüdlü Çeston Marlon Henks və 1995-ci il təvəllüdlü Truman Teodor Henks adlı qardaşları var (atasının ikinci nikahından). 1978-ci ildə valideynlərinin evlənməsindən sonra soyadı “Henks”ə dəyişdirilib. Vestçester Universitetində teatr incəsənəti üzrə ali təhsil alıb. Tələbə olduğu illərdə çoxsaylı teatr pyeslərində iştirak edib. Daha çox Koen qardaşlarının real hadisələrə əsaslanan “Farqo” kriminal serialının birinci mövsümündə oynadığı fağır polis zabiti rolu ilə tanınır. “Gənc Hollivud” mükafatının laureatıdır (2002). 2014-cü ildə “Emmi”, 2015-ci ildə isə “Qızıl Qlobus” mükafatı laureatı olub.  

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D1%8D%D0%BD%D0%BA%D1%81,_%D0%9A%D0%BE%D0%BB%D0%B8%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç