Roland Joffe
Rejissor, ssenarist, prodüser
Roland Joffe 17 noyabr 1945-ci ildə Londonda (İngiltərə) dünyaya göz açıb. Roland babası, heykəltəraş Ceykob Epstaynın ailəsində tərbiyə alıb. Şarl de Qoll adına fransız liseyində, Cənubi Kensinqtonda və Karmel kollecində təhsil alıb. Daha sonra ali təhsilini Mançestr universitetində davam etdirib. 1970-ci illərdə teatrda aktyor kimi fəaliyyət göstərib. 1971-ci ildən 1980-ci ilə kimi aktrisa Ceyn Lapoteyrlə evli olub. Oğlu – Rouen Joffe hal-hazırda ssenari müəllifi və rejissordur. Onun kinodakı debütü sənədli materiallara əsaslanan, Kambocada qırmızı kxmerlərdən bəhs edən “Ölüm ərazisi” (1984) dramatik filmidir. Bu filmə görə Joffe "Ən yaxşı rejissor" nominasiyasında 1985-ci ildə "Oskar" mükatafına namizəd görülüb. "Oskar" mükafatı üzrə növbəti namizədliyi 1986-cı ildə “Missiya” filminə görə olub. Bu film XVIII əsrin Braziliya missionerlərindən bəhs edir. Film eyni zamanda həmin il Kann kinofestivalında “Qızıl Palma Budağı”na layiq görülüb. Joffenin Robert Oppenheymerdən bəhs edən üçüncü filmi - “Gonbul və körpə” hərbi dramı yer üzündə ən dəhşətli silah olan atom bombasının yaradılmasından bəhs edir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Roland_Joff%C3%A9