Brayon Ceyms

Brayon Ceyms

Aktyor, prodüser

BİOQRAFİYA

Brayon Hovard Ceyms – amerikalı xarizmatik aktyordur. “B” kateqoriyalı klassik qorxu və fantastik filmlərdə canlandırdığı mənfi obrazlarla məşhurlaşıb. Daha çox “Ülgüc üzərində qaçan”, “Can və qan”, “Mənim düşmənim”, “Beşinci element” və digər filmlərdə oynadığı rollarla yaddaşlarda qalıb. 20 fevral 1945-ci ildə ABŞ-ın Kaliforniya ştatının Redlends şəhərində anadan olub. Uşaq olanda ailəsi ilə birlikdə Bomonta köçüb. Orada atası yerli kinoteatra sahib çıxıb. Özünün dediyinə görə, kinoaktyorluğa gəlişində bu hadisə əvəzsiz rol oynayıb. Kreyq və Çester adlı qardaşları var. 1962-ci ildə Bomont orta məktəbini bitirdikdən sonra, San-Dieoqo dövlət universitetinə daxil olub. Məzun olduqdan sonra cibində cəmi 100 dollarla Nyu-Yorka köçür. Ancaq kino sahəsində böyük zirvələrə yüksəlməzdən əvvəl dolanmaq üçün bir sıra peşələrdə çalışıb, hətta bir müddət ABŞ milli qvardiyasında belə xidmət göstərib. Yaradıcı “arsenalında” 50-dən çox film və serial yer alır. Ridli Skot, Lük Besson, Andrey Konçalovski və başqa nüfuzlu rejissorlarla əməkdaşlıq edib. 7 avqust 1999-cu ildə Malibuda miokard infarktdan dünyasını dəyişib. Ölümündən sonra kremasiya olunaraq, külü Sakit okeana boşaldılıb. Maksin Ceymslə evli olub. 1996-cı ildə boşanıblar. Birgə nikahdan Ceff adlı oğlu var. Ölümündən sonra prokatlara 2005-ci ildə onun iştirakı ilə çəkilmiş “Simurq nöqtəsi” adlı film çıxıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B6%D0%B5%D0%B9%D0%BC%D1%81,_%D0%91%D1%80%D0%B0%D0%B9%D0%BE%D0%BD

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç