Lyuk Perri (
11 oktyabr 1966,
Mensfild, Ohayo –
4 mart 2019,
Berbank, Kaliforniya) — amerikalı aktyor. O, əsasən filmlər və televiziya seriyallarındakı rollar ifa etmişdir. Lyuk Perri "Beverly Hills, 90210" televiziya seriyalı ilə məşhurlaşıb. Bir çox filmlərdə əhəmiyyətli rollarda oynayıb. 1993-2003-сü illərdə Reyçel Minni Şarpla evli olub. Bu nikahdan cütlüyün iki övladı - 1997-ci il təvəllüdlü Cek adlı oğlu (hazırda peşəkar restlerdir) və 2000-ci il təvəllüdlü Sofi adında qızı olub. Ölən gününə qədər ailə terapevti Uendi Medisonla nişanlı olub. Lyuk Perri 27 fevral 2019-cu ildə geniş işemik insult keçirib. Xəstəxanada bir müddət müalicə alıb, lakin 4 mart 2019-cu ildə keçirdiyi ikinci insultdan sonra süni tənəffüs aparatından çıxarılıb və dünyasını dəyişib. O Vanlir şəhərində yerləşən fermasında göbələklərdən hazırlanmış bioloji parçalanan kostyumda dəfn olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Lyuk_Perri