Milla Yovoviç

Milla Yovoviç

Aktrisa

BİOQRAFİYA
Milla Yovoviç 17 dekabr 1975-ci ildə Kiyevdə (Ukrayna) anadan olub. Amerika aktrisası və vokalistidir. Atası, Boqdan Yovoviç monteneqrolu Serb həkim, anası Qalina Loginova isə rus əsilli idi və SSRİ-nin məşhur aktrisalarından biri olub. Karmen Houkla birlikdə "Jovovich-Hawk" geyim stilinin yaradıcısıdır. Dnepropetrovsk uşaq bağçasına gedib. Karyerasının əvvəlində 15 jurnalın üz qabığında çəkilib. Sonra bir neçə markalarla əməkdaşlıq edib. "Revlon", "Hugo Boss", "Guess", "Calvin Klein" və "L'Oreal" kimi məşhur brendlərin reklamlarında çəkilib. 1988-ci ildə ilk filmi olan "İki ayın birləşməsi" filmində çəkilib. 1994-cü ildə "The Divine Comedy" musiqi albomu buraxıb. Fransız, rus və serb-xorvat dillərini bilir. Solaxaydır. Bir neçə döyüş sənəti ilə məşğul olub. Marixuananın leqallaşdırılmasının tərəfdarıdır. 1992-ci ilin oktyabr-noyabr aylarında Şon Endrüslə evli olub. 1997-1999-cu illərdə rejissor Lük Bessonla evli olub. 22 avqust 2009-cu ildə Milla üçüncü dəfə - yeddi il görüşdüyü rejissor Pol Andersona ərə gedir. Ər-arvadın iki qızı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Milla_Jovovich

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç