Tyerri Arboqast

Tyerri Arboqast

Operator

BİOQRAFİYA

Tyerri Arboqast 1957-ci ildə Fransada doğulub. Əksər həmkarlarından fərqli olaraq kinematoqrafiya üzrə təhsil almayıb. Karyerasına operator assistenti kimi başlayıb. İlk dəfə 1983-cu ildə tammetrajlı filmdə operator kimi işləyib. Lük Bessonla əməkdaşlıq etməsi ilə tanınır. Onların birlikdə ilk işi “Onu Nikita çağırırdılar” filmi olub. Bundan sonra Arboqast, demək olar ki, Bessonun bütün filmlərində, o cümlədən ingilis dilində ilk filmi olan “Leon”da işləyib. Jan-Pol Rappnonun “Damda süvari” filmindəki işinə görə Arboqast “Sezar” mükafatına layiq görülüb. 1997-ci ildə Arboqast L.Bessonun “Beşinci elment” fantastik filmində işləyib və ikinci dəfə “Sezar” mükafatına layiq görülüb. Elə həmin ildə Arboqast ilk dəfə olaraq Hollivud rejissoru ilə işləyərək, “O gözəldir” filmində operatorluq edib. Bundan sonra Hollivudda işləyən operator Fransada da fəaliyyət gostərib və L.Bessonla əməkdaşlığına davam edib. Nadir hallarda Avropanın digər ölkələrindən olan rejissorlarla da əməkdaşlıq edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Thierry_Arbogast

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç