Embet Devidts

Embet Devidts

Aktrisa

BİOQRAFİYA
Embet Devids 11 avqust 1965-ci ildə İndiana ştatında (ABŞ) doğulub. Valideynləri Con və Coan daha sonra Nyu-Cersi ştatına köçüblər. Embetin doqquz yaşı olanda onlar öz doğma vətənlərinə - Cənubi Afrika Respublikasına köçürlər. O, ingilis dilini yaxşı bilirdi, amma məktəbdə oxumaq üçün Afrika dilini öyrənməli idi. 1983-cü ildə Pretoriya şəhərindəki Qlen məktəbini fərqlənmə diplomu ilə bitirərək, Rodos Universitetinə daxil olur. İlk rolunu 21 yaşında Keyptaun Teatrında oynayıb. 1988-ci ildə o, “Mutator” qorxu filmi ilə debüt edib. 1992-ci ildə "19-cu gecə" filmində kar və lal təcavüz qurbanı roluna görə Cənubi Afrika Film mükafatını qazanıb. 22 iyun 2002-ci ildə hüquqşünas Ceyson Sloanla evlənib. 2002-ci ildə onların qızı Şarlotta Emili və 2005-ci ildə oğlu Aşer Dilan dünyaya gəlib.



Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D1%8D%D0%B2%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç