Yanuş Kaminski
Operator
Yanuş Ziqmund Kaminski 27 iyun 1959-cu ildə Polşada anadan olub. ABŞ və Polşa kinooperatoru və rejissoru, Stiven Spilberqin "Şindlerin siyahısı" filmindən başlayaraq, bütün filmlərində onunla işləyir. 1981-ci ildə 21 yaşında olarkən, baş nazir Voyçex Yaruzelskinin Polşada hərbi vəziyyət elan etməsi ilə əlaqədar ABŞ-a mühacirət edib. 1982-1987-ci illərdə Çikaqodakı Kolumbiya Kollecində kino istehsalı sahəsi üzrə təhsil alıb. Daha sonra isə təhsilini AFI Konservatoriyasında (Amerika Film İnstitutu) davam etdirib və təsviri incəsənət üzrə ustad dərəcəsi alıb. O, kinematoqrafiya institutunda gələcəkdə ən yaxşı operator işinə görə "Oskar" mükafatı əldə edəcək Uolli Pfisterlə tanış olur. Bu operator hazırda Kristofer Nolanla birlikdə çəkdiyi "Betmen: Başlanğıc" və "Qara cəngavər" filmlərilə məşhurdur. Kaminski 90-cı illərdə iki dəfə Kinoakademiyanın ən yaxşı operator işinə görə mükafatını (ing. Academy Award for Best Cinematography) əldə edib. O, bu nüfuzlu mükafata "Şindlerin siyahısı" və "Sıravi Rayanı xilas etməli" filmlərinə görə layiq görülüb. 2008-ci ildə "Skafandr və kəpənək" filminə görə "Azad nəfəs" mükafatına layiq görülüb. Kaminski 1995-2001-ci illərdə aktrisa Holli Hanterlə ailəli olub. 2004-cü ildə isə ABC reportyoru Rebekka Renklinlə ailə qurub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Yanu%C5%9F_Kaminski