Ues Bentli

Ues Bentli

Aktyor

BİOQRAFİYA

Uesli Kuk Bentli – amerikalı aktyordur. Daha çox “Dəqiqədə 128 ürək döyüntüsü”, “Amerikansayağı gözəllik”, “Dörd lələk”, “Parkinq”, “Kabus sürücü”, “Aclıq oyunları” filmlərində oynadığı rolları ilə tanınır. Ues Bentli 4 sentyabr 1978-ci ildə ABŞ-ın Arkanzas ştatının Consboro şəhərində dünyaya gəlib. Hər iki valideyni Birləşmiş Metodist Kilsəsinin moizəçiləri olub. 1996-cı ildə Ues "Sylvan Hills" orta məktəbini bitirib. Ardınca Culiyard Ali Məktəbinin dram fakültəsinə daxil olsa da, bir il oxuduqdan sonra təhsilini yarımçıq buraxıb. Ues 2001-2009-cu illərdə aktrisa Cennifer Kvonsla evli olub. Cütlük 2006-cı ildə aktyorun narkotik vasitə alüdəçiliyi ilə əlaqədar yollarını ayırıb. 2010-cu ildə Bentli prodüser Ceki Svedberlə evlənib. Elə həmin il cütlüyün Çarlz adlı oğlu dünyaya gəlib. 2010-cu ilin fevral ayında "The New York Times" qəzetinə verdiyi müsahibədə “Amerikansayağı gözəllik” filmindəki inanılmaz uğurundan sonra narkotik vasitələr qəbul etməyə başladığını etiraf edib. Bentli bu asılılığı Cenniferdən xeyli müddət gizlətsə də, fakt üzə çıxandan sonra 2006-cı ildə ayrılıblar. Ues başqa mənzilə köçərək, demək olar ki, ən ağır formalı narkotik vasitə alüdəçisi olub. Yeni dozaları ara-sıra çəkildiyi epizodik rollardan qazandığı pullara alırdı. 2008-ci ildə Ues həbs olunub və narkomanlar üçün nəzərdə tutulan 12 pilləli icbari proqramdan keçməli olub. Buna baxmayaraq, bir müddətdən sonra yenidən heroinə qurşanıb. 2009-cu ilin iyul ayında yaxın dostuna ağır vəziyyətdə olan narkoman olduğunu və yardıma ehtiyacı olduğunu, əks təqdirdə öləcəyini bildirib. Dostunun dəstəyi ilə yenidən reabilitasiya proqramına yazılan Bentli bu dəfə narkotik asılılıqdan azad olub və aktyor kimi karyerasında uğurlu yol götürüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Wes_Bentley

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç