İlan Eşkeri

İlan Eşkeri

Bəstəkar

BİOQRAFİYA

İlan Eşkeri 7 aprel 1977-ci ildə Londonda (İngiltərə) anadan olub. Uşaqlıq illərində skripka və gitarada ifa etməyi öyrənib. Yeniyetmə çağında gənclərdən ibarət yerli rok qrupuna qoşulub. Orta məktəbi bitirdikdən sonra Lids Universitetinə daxil olub. Orada musiqi və ingilis ədəbiyyatı üzrə təhsil alıb. Ali təhsil aldığı müddətdə Edvard Şermur, Maykl Keymen kimi kinobəstəkarları və Stiv Maklaflin adlı musiqi prodüseri ilə tanış olub. “Gənc Viktoriya” (2009), “Hələ də Elis” (2014), “Koriolan (2011) kimi filmlərin, “Dinozavrlar planeti” (2011), “Castin və xeyir sərkərdələri” (2013) cizgi filmlərinin və “Cavab zərbəsi” (2010-2015), "Fleminq" (2014), “Ölüləri dirildən” (2000-2011) və digər serialların bəstəkarıdır. Daha çox “Kəsilmiş tort” (Layer cake – 2004), “Ulduz tozu" (Stardust – 2007), "Qraf Monte-Kristo" (Monte Cristo – 2002), “Alovun iqtidarı” (2002), “Senturion” (2010) filmlərinin saundtreklərinin müəllifi kimi tanınır. Karyerası ərzində 71 televiziya, bədii film və seriala musiqi bəstələyib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ilan_Eshkeri

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç