Tova Feldşuh
Aktrisa
Tova Feldşu – amerikalı aktrisa, müğənni və dramaturqdur. Daha çox brodvey və qeyri-brodvey tamaşalarında canlandırdığı obrazlarla yadda qalıb. Dörd dəfə “Toni” mükafatına namizəd olub. Televiziya sahəsindəki xidmətlərinə görə iki dəfə “Emmi” mükafatına nominasiya qazanıb. Feldşu 27 dekabr 1952-ci ildə Nyu-Yorkda yəhudi ailəsində anadan olub. Anası evdar xanım Lilian Kaplan, atası hüquqşünas Sidni Feldşu olub. Qardaşı Pulitzer mükafatı laureatı-dramaturq Devid Feldşudur. Tova zənginlərin yaşadığı Uestçester qəsəbəsində (Nyu-York) boya-başa çatıb. Orada Sara Lourens adına özəl kolleci bitirib. Uta Haqenin rəhbərliyi altında aktyorluq sənəti kurslarına gedib, həmçinin Minnesota universitetində oxuyub. 1977-ci ildə Nyu-Yorklu prokuror Endrü Harris Leviyə ərə gedib. Onların iki övladı var. Feldşu yarım əsirlik karyerası ərzində televiziya və kinoda 100-ə yaxın rol oynayıb. 1976-cı ildə “Rayanın ümidi” adlı sabun operasına çəkilib. Növbəti illərdə “Bob Nyuhart şousu”, “Ailə”, “Barnabi Cons”, “Sevgi qayığı”, “Los-Anceles qanunu” seriallarında qonaq rollara dəvət olunub. 1978-ci ildə “Holokost” mini-serialında oynadığı rola görən mini-serialda ən yaxşı ikinci plan qadın rolu nominasiyasında “Emmi” mükafatına namizəd olub. 2015-ci ildə Feldşu AMC-nin populyar “Gəzən ölülər” serialında Aleksandriya başçısı Diana Monro obrazını canlandırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%B5%D0%BB%D0%B4%D1%88%D1%83,_%D0%A2%D0%BE%D0%B2%D0%B0