Bri Törner

Bri Törner

Aktrisa

BİOQRAFİYA
Bri Törner 10 mart 1977-ci ildə Palo-Altoda (Kaliforniya ştatı, ABŞ) futbolçu Kevin Törnerin ailəsində anadan olub. Törnerin üç qardaşı var. 1995-ci ildə Bri Danvillada (Kaliforniya ştatı, ABŞ) Monte-Vista məktəbini bitirib. Həmçinin Törner Londonda Kinqs kollecini bitirib. Sonra isə Kaliforniya universitetinə daxil olub. Bri filmlərdə 1996-cı ildən çəkilməyə başlayıb. 2012-ci ilə kimi aktrisa 64 film və serialda çəkilib. Həmçinin Bri peşəkar rəqqasə olub. “Böyük Lebovski” (1998), “She's All That” (1999) və sair filmlərdə rəqqasə obrazını canlandırıb. 22 iyun 2008-ci ildən Bri toya qədər altı il görüşdüyü cərrah-ortoped Castin Salimanla evli olub. Cütlüyün bir qızı, bir oğlu var. 2018-ci ilin martında Törner 10 ildən sonra boşanmaq üçün ərizə verib.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Bree_Turner

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç