Liya Kebede

Liya Kebede

Aktrisa, model

BİOQRAFİYA

Liya Kebede – efiopiyalı supermodel, dizayner və aktrisadır. İki dəfə şəkli məşhur "Vogue" jurnalının üz qabığında dərc olunub. “Forbes” jurnalının məlumatına görə, 2007-ci ildə ən çox qazanan modellərin reytinqində 11-ci yerdə qərarlaşıb. 2005-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının gənc analar, körpələr və uşaq məsələri üzrə səfiridir. 2005-ci ildə kino debütünü gerçəkləşdirib. “Silah baronu” adlı filmdə ikinci plan rolu ifa edib. Çəkiliş meydançasında tərəf-müqabilləri Nikolas Keyc və Cared Leto kimi aktyorlar olub. 2009-cu ildə Leya “Səhra çiçəyi” adlı dramda baş rola çəkilir. Filmin süjeti Varis Diriyenin romanının motivləri əsasında lentə alınıb. Somalidən Londona köçən və qadın sünnətinə qarşı çıxan ictimai fəalın hekayəsini danışır. Ardınca Kebede “Qara qızıl”, “Kapital”, “Ən yaxşı təklif”, və “Samba” kimi filmlərdə rollar alıb. 2014-cü ildə “419” adlı lentdə baş rola çəkilib. 2000-ci ildə gələcək əri, maliyyəçi Kesii Kebed ilə tanış olub. Elə həmin il ailə qurublar. Evlilik həyatı 13 il davam edib. 2013-cü ildə rəsmi boşanıblar. Birgə nikahdan 2 övladları var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Liya_Kebede

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç