Şarlotta Gensbur
Aktrisa
Şarlotta Gensbur 21 iyul 1971-ci ildə Londonda anadan olub (ABŞ). O, müğənni, rejissor və aktyor Serj Gensbur və müğənni-aktrisa Ceyn Birkinin ailəsində doğulub. Şarlotta Gensbur aktyorluq fəaliyyətinə 1984-cü ildə 13 yaşında çəkildiyi "Sözlər və musiqi" filmi ilə başlayıb. Bu filmdə o, Katrin Denövün qızını canlandırırdı. Karyerasına yeni başlayan aktrisa artıq iki ildən sonra Klod Millerin "Ədəbsiz qız" filmindəki roluna görə "Sezar" mükafatına layiq görülür. Şarlotta "Sement bağ" filmindən sonra 1990-cı illərdə beynəlxalq uğur əldə edir. Bu film valideynlərinin ölümündən sonra bacı və qardaşın dramatik hekayəsindən bəhs edir. 2000-ci ildə Gensbur "Milad piroqu" filmindəki roluna görə "Ən yaxşı aktrisa" nominasiyasında "Sezar" mükafatına layiq görülür. Bundan sonra iki dəfə bu mükafata namizəd olur. 2001-ci ildə Şarlotta Gensbur Kann kinofestivalının münsiflər heyətinin üzvü olur. Şarlotta Gensbur müğənni kimi də fəaliyyət göstərir. Onun vokal debütü 1983-cü ildə atası ilə birgə ifa etdiyi "Lemon Incest" dueti olur. Bundan sonra Gensbur öz iştirakı ilə çəkilən bir neçə filmə mahnı yazır. Bu mahnıları "Əbədi Şarlotta", "Sevgi və s.", "Biri gedir, biri qalır" filmlərində eşitmək olar. Onun hətta bir neçə solo albomu da işıq üzü görür: "Charlotte for Ever" (1986), "5:55" (2006), "IRM" (2009) və "Stage Whisper" (2012).
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/%C5%9Earlotta_Gensbur