Lüdoviko Eynaudi
Bəstəkar
Lüdoviko Eynaudi 23 noyabr 1955-ci ildə Turində (İtaliya) anadan olub. Babası Luici Eynaudi 1948-1955-ci illər ərzində İtaliyanın prezidenti olub. Atası Kulio Eynaudi İtalo Kalvino və Primo Levi kimi müəlliflərlə işləyən naşir olub. Lüdoviko Eynaudi bir çox filmlər üçün bəstələr yazıb. Bunlara "This is England" ("Bura İngiltərədir"), "The İntouchables" ("Toxunulmazlar"), "I'm Still Here" ("Mən hələ də burdayam"), televiziya proqramları olan "Doctor Zhivago" və 1996-cı ildə "Grolla d'oro mükafatı"na layiq görülən "Acquario" filmi də daxildir. O, həmçinin bir sıra piano və orkestr albomlarını, xüsusilə 2001-ci ildə "I Giorni", 2009-cu ildə "Nightbook" və 2013-cü ildə "Lapse" albomunu çıxarıb. Lüdoviko Eynaudi 2000-ci ildə Antonello Grimaldi ilə əməkdaşlıq edərək "Un delitto impossibile" əsərini, həmçinin "Oskar" mükafatına layiq görülmüş "Fuori del mondo" əsərini yazıb. Bu əsər həm də 2002-ci ildə Almaniyada "Echo Klassik" mükafatına layiq görülüb. Onun "Luce dei miei occhi" musiqisi isə 2002-ci ildə İtalya Musiqi Festivalında "Ən yaxşı əsər" seçilib. 2010-cu ildə "Black Swan" filmi üçün musiqi yazmaqla karyerasını davam etdirib. Onun "Due Tramonti" əsəri 2010-cu ildə Kasey Afflekin rəhbərliyi ilə "I'm still here" filmində nümayiş olunub. Fransanın tarixində ən böyük rəğbət qazanan film kimi tarixə düşən "Intouchables" (2011) filmində isə Eynaudinin "Fly", "Writing Poems", "L'origine nascosta", "Cache-cache", "Una Mattina" və "Primavera" əsərləri səslənib. 2016-cı ildə "Greenpeace" layihəsinə qoşularaq "Arctic" əsərini bəstələyib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Ludovico_Einaudi