Stiven Ri

Stiven Ri

Аktyor, ssenarist

BİOQRAFİYA

Stiven Ri 31 oktyabr 1946-cı ildə Belfastda (Şimali İrlandiya) avtobus sürücüsünün ailəsində anadan olub. Belfast orta məktəbində, ardınca isə Belfast kral universitetində oxuyub. Daha sonra Dublində Abbatlıq teatr məktəbində təhsil alıb. 1970-ci illərin sonlarında Marqaret Tetçer hökuməti tərəfindən Şin Feynə qoyulan radio yayım qadağası zamanı, Qabriel Birn və Kolm Mini ilə birgə “Fokus-qrup” teatr truppasında çıxış edib. “Şin Feyn” teatrının iştirakçılarının çıxış etməsi, öz fikirlərini ifadə etməsi qadağan olunmuşdu. Beləcə Ri qadağa siyahısında olan aktyorları əvəz edə bilən və hökumətin etimad göstərdiyi aktyora çevrildi. Stiven Ri İrlandiyada həm səhnədə, həm də televiziya və kinoda üzərinə düşən rolların öhdəsindən ustalıqla gəlirdi. Onu bütöv Britaniya məkanına tanıdan hadisə 1992-ci ildə “Qəddar oyun” filminə görə ən yaxşı kişi rolu nominasiyası üzrə “Oskar” mükafatına namizəd olması oldu. Ri müntəzəm olaraq irland rejissor və ssenarist Nil Cordanla əməkdaşlıq edir. Demək olar ki, onun çəkdiyi bütün filmlərdə rol alıb. Daha çox “Qəddar oyun” (1992), “V" - Vendetta deməkdir” (2005), “Vampirlə müsahibə” (1994) filmlərində oynadığı rollarla tanınır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Stephen_Rea

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç