Elliot Qoldental

Elliot Qoldental

Bəstəkar, rejissor, aktyor

BİOQRAFİYA

Elliot Qoldental 2 may 1954-cü ildə Nyu-Yorkda (ABŞ) doğulub. Bruklin orta məktəbini bitirib. Hələ 14 yaşı olanda ilk baletini bəstələyib. Mürəkkkəb musiqilər bəstələməklə yanaşı, Nyu-Yorkun rok və caz qruplarına musiqilərin yazılmasında iştirak edib. 1979-cu ildə Manhettendə ali musiqi məktəbini bitirib. Burada Aaron Kopland və Con Koriqlianonun sinifində oxuyub. Bəstəkar kimi fəaliyyət göstərir, baletlər, opera, müzikllar bəstələyir, orkestrlərə rəhbərlik edir, teatr və musiqili tamaşalara təşkilatçılıq edir. Elliot Qoldental eksperimentçi musiqiçi və stilistdir. Onun məhz bu xüsusiyyətləri kinematqrofların diqqətini çəkib. İlk soundtrekini “Kokainli kovboy” filminə yazır. Sonra Qas Van Sentlə işləyir və “Aptek kovboy” filminə musiqi yazır. O, həmçinin “Frida”, “Yuxuda”, “Vampirlə müsahibə: Vampir həyatının xronikası” kimi filmlərin musiqisini bəstələyib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Elliot_Goldenthal

 

 

 

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç