Nil Cordan

Nil Cordan

Rejissor, ssenarist, aktyor, prodüser

BİOQRAFİYA

Nil Cordan 25 fevral 1950-ci ildə İrlandiyada anadan olub. İrland universitetində irland tarixi və ingilis ədəbiyyatı üzrə təhsil alır. Kinoda ilk işi Con Burmanın "Ekskalibur" filminə ssenari yazması ilə başlayır. İlk rejissorluq fəaliyyətini isə 1982-ci ildə “Mələk” filmi ilə reallaşdırır. Daha sonra 1986-cı ildə “Mona Liza”, 1984-cü ildə “Qurdlar vadisi” filmini çəkir. Bu filmlərdəki uğuru onu Hollivuda aparır. Baş rollarda Robert De Niro və Şon Penin oynadığı 1989-cu ildə çəkilmiş “Biz mələk deyilik” filmi ilə uğursuzluğa düçar olur və yenidən İrlandiyaya qayıdır. 1992-ci ildə “Qəddar oyun” filmi ilə yenidən uğur qazanır. Bundan sonra yenidən şansını sınamaq üçün Hollivuda gedir. 1994-cü ildə məşhur aktyorlar Tom Kruz və Bred Pittin rol aldığı “Vampirlə görüş" filmini çəkir. Çoxlu sayda əsərlər ortaya çıxaran Cordan 1997-ci ildə “Qəssab oğlan” filmini çəkir. Rejissorun əksər filmlərində uşaqlıq xatirələrinə rast gəlmək mümkündür. Cordan filmlərinin çoxunun ssenarisini özü yazıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Neil_Jordan

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç