Mark Smit

Mark Smit

Bəstəkar

BİOQRAFİYA

Mark Smit (5 mart 1957 - 24 yanvar 2018) Solfordda (İngiltərə) anadan olub. “The Fall” postpank qrupunun rəhbəri olub. Bəstəkarın fərqli zövqü və radikal qərarları ilə qrupun heyəti 58 dəfə dəyişib. 19 iyul 1983-cü ildə Smit musiqiçi Briks Smitlə evlənir. Lakin 1989-cu ildə cütlük boşanır. Musiqiçinin səhhətinin pisləşməsi ilə bağlı xəbərlər 2017-ci ilin avqustundan yayılmağa başlayır. 2017-ci ilin avqustunda Mark Smit qırtlaq və nəfəs sistemindəki problemləri ilə əlaqədar xəstəxanaya yerləşdirilir. Bu səbəbdən qrup ABŞ turunu təxirə salır. Mark Smit isə əlil arabasında olmasına baxmayaraq, İngiltərədə konsert verməkdə davam edir. Və 2018-ci ilin ilk ayında vəfat edir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Mark_E._Smith

FİLMOQRAFİYA
Bəstəkar
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç