Fedor Atkin

Fedor Atkin

Aktyor

BİOQRAFİYA
Feodor Atkin 27 fevral 1948-ci ildə Parisdə (Fransa) anadan olub. Atası rus, anası polşalı olub. Uşaqlığı Latın Amerikasında keçib. Fransaya qayıtdıqdan sonra teatrın dram incəsənət kurslarına gedib. Jan Loran Koşe ustadı olub. Teatrda aktyorluğa qədər rəqqas, kloun və komik kimi çıxışlar edib. 70-cı illərin əvvəllərindən kinokaryerasına qədəm qoyub. İlk rolu rejissor Jan-Fransua Bizonun “La Route” (1972) filmində oynadığı rol sayılır. 70-ci illərin ortalarından karyerasında sürətli yüksəliş dövrü başlayıb, həm yerli həm də xarici kino layihələrinə çoxsaylı dəvətlər almağa başlayıb. 1974-cü ildə Amerikalı rejissor Vudi Allenin “Sevgi və Ölüm” filmində rus əsgər roluna çəkilib. 4 il sonra Sidni Pollakın “Bobbi Dirfild” (1978) filminin çəkiliş pavilyonuna dəvət olunub. Aktyor yeddi dildə, o cümlədən yapon və katalon dillərində danışa bilir. 1991-ci ildə “Hündür dikdabanlar” filmində Viktoriya Abrilin xəyanətkar əri rolunu oynayıb. Fransa kinosunda çoxsaylı ikinci plan rolları olub. Daha çox rejissor Erik Romerin çəkdiyi filmlərdə canlandırdığı obrazlarla məşhurlaşıb. Həmçinin səsləndirmə aktyoru kimi fəaliyyət göstərir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/F%C3%A9odor_Atkine

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç