Miu-Miu
Aktrisa
Miu-Miu (əsl adı Silvet Herridir) 22 fevral 1950-ci ildə Parisdə (Fransa) doğulub. Anası satıcı, atası polis işləyib. Karyerasına Parisdəki “Kafe de lya qar” eksperimental teatrından başlayıb. Burada əsas aparıcı aktyorlar Jerar Depardye və Patrik Dever idi. Bir vaxtlar aktyor Patrik Deverlə sevgili olur və bu münasibətdən Anjel adlı qızları doğulur (1974). Daha sonra müğənni Jülyen Klerlə münasibət qurur və bundan da Janna Herri (o da aktrisadır) adlı qızı dünyaya gəlir (1978). Sonralar Miu-Miu yazıçı, ssenarist və aktyor Jan Töle ilə münasibət qurur və indiyədək də cütlük Parisin Mare məhəlləsində bir yerdə yaşayır. Rejissor Daniel Düvalın 1980-ci ildə çəkdiyi “La Dуrobade” filmində canlandırdığı fahişə obrazına görə “Sezar” mükafatına layiq görülsə də, aktrisa bu mükafatdan imtina edir. 2004-cü ildə “Ambre a disparu” adlı televiziya mini-serialnda görünür.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: