Berenis Bejo
Aktrisa
Berenis Bejo 7 iyul 1976-cı ildə Buenos-Ayresdə (Argentina) kinorejissor Migel Bejonun ailəsində dünyaya gəlib. Berenisin üç yaşı olanda ailəsi Fransaya köçür. Onun aktyor debütü 1996-cı ildə “Kişi tarixçələri” adlı fransız filmində Lourens rolu ilə olur. İlk böyük rolu Jerar Jünyonun “Ən çox vəd verən aktrisası” dramında Letisiya obrazıdır. 2011-ci ildə Berenis Bejo Mişel Hazanaviçusun “Artist” adlı səssiz filmində çəkilir. Çəkiliş meydanında onun tərəf-müqabili Jan Düjarden olur. Bu filmə görə Bejo “Oskar”, “Qızıl Qlobus”, BAFTA və ABŞ Kino Aktyorları Gildiyasının mükafatlarına namizəd olur. İranlı rejissor Əsgər Fərhadinin “Keçmiş” dramında fransız Mari rolu aktrisaya 66-cı Kann kinofestivalının “Ən yaxşı qadın rolu” nominasiyasında mükafat qazandırır. Berenis Bejo yəhudi əsilli fransız rejissoru Mişel Hazanaviçusla evlidir. Cütlüyün iki uşağı var: oğlu Lüsyen (2008) və qızı Qloriya (2011).
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/B%C3%A9r%C3%A9nice_B...