Vensan Elbaz
Aktyor, prodüser
Vensan Elbaz — fransalı kino və televiziya aktyorudur. 3 fevral 1971–ci ildə Parisdə anadan olub. Elbaz rejissor Sedrik Klapişin “Le Péril jeune” filmindəki rolu ilə kinoda debüt edib. Ardınca rejissorun Peut-être 1999–cu il və Ni pour, ni contre (bien au contraire) 2002-ci il filmlərində çəkilib. 1997-ci ildə Filipp Arelin Les Randonneurs və Tomas Jilunun La Vérité si je mens! Məşhur komediya filmlərində çəkilməklə tanınıb. Növbəti il Jan Qaben mükafatını qazanıb. Elbaz aktrisa Arian Askarid ilə Nag la bombe (2000), Klotild Kuro ilə La Parenthèse enchantée (2000), Natali Bay və Jozian Balasko ilə Absolument fabuleux (2001) və Letisiya Kasta ilə Rue des plaisirs rejissor Patris Lekontun filmlərində çəkilib. 2005-ci ildə Elbaz üçün yaradıcılığında dönüş anı olub. Rejissor Remi Bezansonun Ma vie en l'air dram komediya filmində Marion Kotiyar və Jilem Leluş ilə birlikdə baş rolda çəkilib. Ardınca Bruno Podalisin Le Parfum de la dame en noir filmində çəkilib. Vensan Elbazın J'aurais voulu être un danseur filmlərinin çəkilişlərində tanış olduğu Met Berqrindən Anna (2007) adlı qızı dünyaya gəlib. Hal-hazırda onlar ayrı yaşayır. 2014-cü ilin iyulunda Elbaz i-Télé telekanalının jurnalisti Fanni Konke ilə evlənib. 2015-ci ilin noyabr ayında cütlüyün Simon adlı oğlu dünyaya gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Эльбаз,_Венсан