Şarlotta Le Bon

Şarlotta Le Bon

Aktrisa

BİOQRAFİYA

Şarlotta Le Bon 4 sentyabr 1986-cı ildə Monrealda (Kanada) anadan olub. Aktyor Riçard Le Bon və aktrisa Bricit Parkettin övladıdır. 16 yaşı olanda gənc Le Bon model biznesi ilə məşğul olur, 19 yaşında isə karyerasını inkişaf etdirmək üçün Kanadanı tərk edir. Müəyyən müddət Tokio və Nyu-Yorkda işlədikdən sonra Parisə köçür. Şarlottanın şəkillərini dünyaca məşhur jurnalların səhifələrində görmək olar: “Cosmopolitan” (2012), “Elle Quebec” (2012), “Glamour” (2012), “Loulou” (2008) və “Grazia” (2013). Səkkiz il aktiv şəkildə modelliklə məşğul olub. Le Bon sonralar verdiyi müsahibələrin birində qeyd edib ki, o bu işə nifrət edirdi. Daha sonra Şarlotta Fransanın “Canal+” kanalında yayımlanan “Le Grand Journal” şousunun kastinqinə qatılır. İlk olaraq o, “Miss Mateo” obrazı ilə ekranlara çıxır. Şarlottanın kinoda debütü qısametrajlı Fransa filmi “Le goût du temps”də olur. Bu filımdə o, satıcı qız rolunu canlandırıb. Üç ildən sonra aktrisa növbəti qısametrajlı film “Qeyri-mümkün”də rol alır. 2012-ci ildə isə ilk dəfə “Asteriks və Abeliks Britaniyada” tammetrajlı filminə çəkilib. Bu filmdə canlandırdığı Ofeliya rolu ilə dünyanın bir çox ölkəsində tamaşaçıların rəğbətini qazanır. Elə həmin il aktrisa “Səyyah strategiyası” filmində baş rola dəvət alır. Filmdə aktrisanın tərəf müqabili fransız aktyor Rafael Personas olur. 2014-cü ildə “Ədviyyat və ehtiraslar” filminə çəkilməklə öz karyerasına daha bir rol əlavə edir. Şarlotta vegeteriandır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Charlotte_Le_Bon

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç