Maniş Dayal
Aktyor
Maniş Dayal 17 iyun 1983-cü ildə Orincberqdə (Şimali Karolina, ABŞ) anadan olub. Əsilləri Hindistandandır. Aildəki dörd uşaqdan üçünçüsüdür. Onların Şimali Karolinada ailə biznesi var. 2001-ci ildə məktəbi bitirdikdən sonra Corc Vaşinqton Universitetinə daxil olub. Daha sonra Nyu-Yorka köçüb və aktyor karyerasına başlayıb. Beş il sonra Los-Ancelesə köçür və hal-hazırda da orada yaşayır. Onun karyerası "McDonald's", "Windows", "Nintendo" və "Dominoes" kimi şirkətlərin reklam çarxlarına çəkilməklə başlayır. 2008-ci ildə “Rafta Rafta” tamaşasında baş rollardan birini canlandırıb. Cerri Brukhaymerin “Cadugər tələbə” və Pol Van Der Ostun 2011-ci ildə ekranlara çıxan “Domino effekti” filmlərinin çəkilişlərində iştirak edib. “CSI: Cinayət yeri” serialında qonaq aktyor kimi rol aldıqdan sonra “Rubikon” serialında haker Hel roluna dəvət alır. “Asan qələbə” romantik komediyasında baş rolu canlandırıb. 2014-cü ildə “Ədviyyat və ehtiraslar” filmində baş rollardan birinə çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: