Opra Uinfri
Aktrisa, teleaparıcı
Opra Uinfri 29 yanvar 1954-cü ildə Kostsiasko şəhərində (Missisipi şəhəri, ABŞ) baptist ailəsində anadan olub. Valideynləri nikahsız gənclər olublar. Anası Vernita Li qulluqçu, atası Vernon Uinfri isə əvvəl şaxtaçı, sonra bərbər, daha sonra isə bələdiyyə üzvü olub. Opra danışır ki, doqquz yaşından qardaşları, dayıları, onların dostları tərəfindən daim zorlanıb, 14 yaşı olanda hamilə qalıb. Bu uşağı doğsa da, körpə doğulan kimi ölüb. Bu uşaqdan sonra Opra heç vaxt hamilə qala bilmir. Bundan sonra anası onu atasının yanına – Tennesiyə göndərir. 17 yaşında Opra universitetdə oxuyur və işləyirdi. O, yerli KİV-də işləyən ən gənc işçi idi və Neşvill kanalınında işləyən ilk qaradərili qadın müxbiri olur. 1976-cı ildə WJZ kanalına keçir və müəyyən müddət burada işlədikdən sonra “Danışır Baltimor” səhər verilişinin aparıcılarından biri olur. Elə həmin müddətdən şöhrət qazanmağa başlayır. 1986-cı ildə Opra şəxsi proqramı olan “Opri Uinfri Şou”nu yaradır. Bu şou ona tək məşhurluq yox, həm də var-dövlət gətirmiş olur. 1 yanvar 2011-ci ildə özünün şəxsi kanalı OWN yayıma başlayır. 20 noyabr 2013-cü ildə ABŞ prezidenti Barak Obama Orpanı “Azadlıq” medalı ilə təltif edib. 2017-ci ildə Opra mətbəxə həsr olunan ilk kitabını çap etdirir. 2013-cü ildə Opranın var-dövlətinin 2.8 milyard dollar ətrafında olduğu açıqlanıb. Bu şou biznesdəki qadınlar arasında ən böyük göstərici idi.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Oprah_Winfrey