Don Çidl
Aktyor, prodüser, ssenarist
Donald Frenk “Don” Çidl (kiçik) 29 noyabr 1964-cü ildə ABŞ-ın Missuri ştatının Kanzas şəhərində anadan olub. Anası Betti bank meneceri və psixoloq işləyib. Atası Donald Frenk Çidl psixoloq olub. Doun adlı bacısı və Kolin adlı qardaşı var. Orta məktəbi Denver şəhərində (Kolorado ştatı) bitirib. Daha sonra Kaliforniya İncəsənət İnstitutuna qəbul olunub. 1987-ci ildə ekranlara çıxan “Hamburger yüksəkliyi” filmində oynadığı Conni Voşbörn rolu onun debüt rollarından sayılır. Daha sonra “Rənglər” filmində Roket rolunu oynayıb. Ardınca isə “Mavi geyimli iblis” filminə çəkilib. Don “Ouşenin 11 dostu”, “Ouşenin 12 dostu” və Ouşenin 13 dostu” filmlərində çoxbilmiş cinayətkar mühəndis-mexanik Beşer Tarra rolu ilə məşhurlaşıb. İkiqat “Qızıl qlobus” mükafatı laureatı (1999, 2013), beşqat “Emmi” nominantıdır. Bundan başqa, bir dəfə “Oskar” mükafatına (2005), iki dəfə BAFTA mükafatına (2006) namizəd olub. Daha çox “Siçovul sürüsü” (1998), “Məxfi söz: Qılınc balığı” (2001), “Ouşenin 11 rəfiqəsi” (2001) və onun qarşıdakı illərdə çıxan sikvelləri, “Toqquşma” (2004), “Ruanda oteli” (2004), “Xain” (2008) filmlərində oynadığı rolları ilə tanınır. Eyni zamanda “Dəmir adam 2” (2010) və “Dəmir adam 3” (2013), “Qisasçılar: Altron erası” (2015), “Qisasçılar. Sonsuzluq savaşı” (2018) filmlərində canlandırdığı Ceyms Rouds personajı ilə məşhurdur. Çidl və onun vətəndaş nikahında olduğu həyat yoldaşı Bricit Kulterin 1995 və 1997-ci il təvəllüdlü iki qızları var. Hazırda Kaliforniya ştatının Santa-Monika şəhərində yaşayırlar.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Don_Cheadle