Kobi Smolders

Kobi Smolders

Aktrisa

BİOQRAFİYA

Kobi Smolders kanadalı aktrisa və modeldir. Marvelin “Qisasçılar” və “Qisasçılar: Altron erası” (2015) filmlərində agent Mariya Hill, “Sakit liman” (2013) fimində Co, “Cek Riçer 2: Bir daha geri dönmə” (2016) filmində zabit Törner rolu ilə tanınır. 3 aprel 1982-ci ildə Kanadanın Vankuver şəhərində anadan olub. Aktrisanı məşhurlaşdıran ilk rol “Sənin ananla necə tanış oldum” serialında oynadığı Robin Şerbatski rolu olub. Şəxsi həyatına gəlincə 8 sentyabr 2012-ci ildən bəri aktyor Taran Killemlə evlidir. Toya qədər 5 il görüşüblər. Cütlüyün 2009 və 2015-ci il təvəllüdlü iki qızı var. 2015-ci ildə Kobi “Sənin ananla necə tanış oldum” filminin üçüncü mövsümündə onda yumurtalıq xərçənginin aşkarlandığını etiraf edib. İki il ərzində bir neçə dəfə əməliyyat olunub və xərçəngli toxumalar bədənindən kənarlaşdırılıb. O artıq özünü daha heç vaxt “xərçəngdən azad” hiss etməyəciyini bildirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Cobie_Smulders

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç