Ben Devis

Ben Devis

Operator

BİOQRAFİYA

Ben Devis – ingilis kinooperatordur. Daha çox prodüser və rejissor Mettyu Vonla əməkdaşlıq edir. Onun əsas işləri “Kickass” (2010), “Hannibal: Yüksəliş” (2007), “Ulduz tozu” (2007) və “Qat-qat tort” (2004) filmləri sayılır. Ben Devis karyerasını “Samuelsons Camera House” şirkətində başlayıb. Əvvəl reklam çarxlarının çəkilişlərində iştirak edib, sonra geniş ekranlara doğru istiqamət götürüb. Karyerası ərzində Billi Uilyams, Duqlas Slokomb, Rocer Dikson kimi tanınmış kinematoqrafiya simaları ilə əməkdaşlıq edib. Kinooperator olaraq ilk iri işi 2002-ci ildə ekranlara çıxmış “Miranda” (Britaniya istehsalı) filmi sayılır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D1%8D%D0%B2%D0%B8%D1%81,_%D0%91%D0%B5%D0%BD_(%D0%BA%D0%B8%D0%BD%D0%BE%D0%BE%D0%BF%D0%B5%D1%80%D0%B0%D1%82%D0%BE%D1%80)

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç