Sten Li

Sten Li

Ssenarist

BİOQRAFİYA

Sten Li 28 dekabr 1922-ci ildə Nyu-York şəhərində (ABŞ) rumın əsilli yəhudi mühacir ailəsində dünyaya göz açıb. Cek Körbi və Stiv Ditko daxil olmaqla, bir neçə rəssamla əməkdaşlıq edərək, "Hörümçək-adam", "Halk", "Fantastik dördlük", "Dəlisov", "Qara bəbir", "İks-adamlar" və həmkarı Lerri Liberlə birlikdə Qarışqa adam, Dəmir adam və Tor personajlarını yaradıb. Bundan əlavə, Sten Li komiks sənayesinin senzura təşkilatı olan "The Comics Code Authority'"yə meydan oxuyaraq, dolayı yolla, onun siyasətinin yenilənməsinə nail olub. "Marvel Comics"in kiçik bir nəşriyyat evindən böyük bir multimedia şirkətinə çevrilməsində Sten Linin lider kimi çox böyük əməyi olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Sten_Li

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç