Stiv MakKuin

Stiv MakKuin

Rejissor, ssenarist, aktyor, prodüser

BİOQRAFİYA

Terens Stiven (Stiv) Makkuin 24 mart 1930–cü ildə anadan olub. Onun atası Uilyam pilot olub. Stiv altıaylıq olduqda valideynləri ayrılıb. Makkuinin ilk uğurlu rolu “Axtarılır: ölü yaxud diri” televiziya serialında, vesterndə Coş Rendalla olub. Serial CBS kanalında 1958 - 1961 illər ərzində yayımlanıb. Makkuin Frenk Sinatradan Coş Stercesin çəkdiyi “Heç zaman bel az” filminə dəvət alır. Həmin rejissor bir ildən sonra Makkuini “Möhtəşəm yeddilik” filminə meksika kəndini müdafiə edən atıcılardan birinin rolunu canlandırmağa dəvət edir. Artıq filmlərə çəkilən Makkuin serial çəkilişlərindən uzaqlaşır. Rejissorlar ona kəskin və kriminal filmlərdə daim xarakterik rolları ifa etməyə dəvət edir. 1960-ci illərin Makkuinin çəkildiyi ən məşhur filmlər: “Böyük qaçış”, “Yağış altında əsgər”, “Yad insanla eşq”. 1968-ci ildə “Detektiv Bullitt" filmində aktyor cinayətlə mübarizə aparan leytenant Bullitt rolunu ifa edir. Makkuinin çəkiliş meydançasında tərəf-müqabili Jaklin Bisset idi. Bu rola görə aktyor “Oskar” mükafatına namizəd olub. 1972-ci ildə “Le-Man” filmində avtoyürüşçü rolunda çəkilir. “Buludlar altında cəhənnəm” filmində yanğınsöndürmə dəstəsinin komandiri rolu Makkuin yaradıcılığında dönüş yaradır. Lakin o karyerasının ən pik dövründə 4 il müddətinə kinodan uzaqlaşır. O kütlənin qarşısına çıxmır, daha çox ailəsi ilə vaxt keçirir, motosiklini sürür və yürüşlərdə iştirak edir. 1978-ci ildə Makkuin gözlənilmədən böyük ekranlara qayıdır. Bir neçə filmlərə çəkilir, onların sırasında “Tom Horn” filmindəki rolunu qeyd etmək olar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Steve_McQueen

 



FİLMOQRAFİYA
Rejissor
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç