Şon Bobbitt
Operator
Şon Frensis Bobbitt 29 noyabr 1958-ci ildə Texasda (ABŞ) doğulub, daha sonra ailəsi Səudiyyə Ərəbistanına, Dahran şəhərinə oradan isə İngiltərəyə köçür. O Veybric şəhərində Sent-Corc kollecində təhsil alıb. Kolleci bitirdikdən sonra Santa-Klara şəhəri Kaliforniya Universitetində təhsilini davam etdirmək üçün ABŞ-a gəlir. Bir müddət San-Fransiskoda ştatdankənar operator vəzifəsində işləyir. 80-cı illərin əvvəllərində Şon Bobbitt xarici ölkələrdə televiziyada xəbər operatoru vəzifəsində çalışır. Çox zaman təhlükəli vəziyyətə düşən Şon 1983-cü ildə Livanda vəzifəsini yerinə yetirərkən ölümlə üz-üzə qalır. Bundan sonra o karyerasında dəyişiklik etmək, başqa istiqamətə yönəlmək qərarına gəlir. Kinoda karyerasını 1992-ci ildə televiziya filmləri və serial operatorunun köməkçisi vəzifəsində çalışaraq başlayır. Onun ilk kinooperator işi 1994-cü ildə “Uotergey” sənədli mini-serial olub. Şon Bobbittin karyerasında debüt bədii film rejissor Maykl Uinterbottomun “Gözəl ölkə” filmi olub. O Barri Levinson, Spayk Li, Nil Cordan və Stiv Makkuin kimi rejissorla işləyib. Britaniya Kinooperatorlar Cəmiyyətinin üzvüdür.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%BE%D0%B1%D...