Stiv MakKuin

Stiv MakKuin

Rejissor, ssenarist

BİOQRAFİYA

Stiven Rodni (Stiv) Makkuin 9 oktyabr 1969-cu ildə Londonda (İngiltərə) Qrenadadan olan mühacirlərin ailəsində anadan olub. Uşaqlığı Londonun İlinq rayonunda keçib. Dreyton Menor orta məktəbində oxuyub. Daha sonra Çelsi incəsənət və dizayn kollecini bitirib. Bir sıra mötəbər kinomükafatların o cümlədən Kann və Venetsiya kinofestivallarının qalibi olub. Karyerasının əvvəlində quruluşçu rəssam kimi tanınıb. Yeddi qısametrajlı film və “Aclıq” (2008), “Xəcalət” (2011), “12 il köləlik” (2013), “Dullar” (2018) kimi reytinqli tammetrajlı filmlərin rejissoru olub. Britaniyanın BAFTA və Törner mükafatlarının laureatıdır. Britaniya imperiyası ordeninin komandoru titulunu daşıyır. “12 ill köləlik” tarixi dramı ona bir sıra nüfuzlu mükafatları, o cümlədən “Oskar” mükafatını qazandırıb. Mətbuatda 21-ci əsrin ən perspektivli gənc kinorejissorlardan biri kimi təqdim olunur. Makkuin Amsterdamda tənqidçi həyat yoldaşı Byanka Stiqterlə yaşayır. Cütlüyün iki övladı – Aleks (1998) adlı qızı və Dekster (2009) adlı oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın: https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D0%BA%D0%BA%D1%83%D0%B8%D0%BD,_%D0%A1%D1%82%D0%B8%D0%B2_(%D1%80%D0%B5%D0%B6%D0%B8%D1%81%D1%81%D1%91%D1%80) 

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç