Tamilla Həmidova

Tamilla Həmidova

Aktrisa, model

BİOQRAFİYA
Tamilla Həmidova 5 fevral 1992-ci il Bakıda hərbçi ailəsində dünyaya gəlib. Atası İlyas Həmidov 1993-cü ildə I Qarabağ müharibəsində (Cəbrayılda) şəhid olub. Anası Mehriban Həmidova hərbçi olub. Özündən böyük bir bacısı və özündən kiçik bir qardaşı var. Pirəküşküldəki hərbi şəhərcikdəki orta məktəbi, sonra Sosial-iqtisad kollecini bitirib. İxtisası polis hüquq fəaliyyətidir. Üç il Azərbaycan Hava Yollarında təyyarə bələdçisi işləyib. Emin Mirabdullayevin “ Sənə inanıram” teleserialı ilə debüt edib. 2014-ci ildə Vahid Mustafa Yevin “Qanlı Yanvar” filmində baş rolda çəkilir. Hal-hazırda aktrisa və model kimi fəalliyyət göstərir.
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç