Riçi Koster

Riçi Koster

Aktyor

BİOQRAFİYA

Riçi Koster 1 iyul 1967-ci ildə Londonda (İngiltərə) anadan olub. Londonun Edmonton şəhərində Letimer Məktəbini bitirib. Daha sonra Gildholl Musiqi və Teatr Məktəbində təhsil alıb. Daha çox “Qara Cəngavər” (Dark Knight – 2008), “Məni içəri burax” (Let Me In – 2010), “Kiber” (Black Hat – 2015), “Smokinq” (The Tuxedo – 2002) filmlərində oynadığı rollara görə tanınır. Həmçinin ABŞ televiziya məkanının ən populyar seriallarından sayılan “Qara siyahı” (Blacklist) serialının 1-ci mövsümündə antonoqist obrazı yaradıb; baş qəhrəmandan qisas almaq üçün Federal Təhqiqatlar İdarəsinin binasına silahlı hücum təşkil etmiş keçmiş döyüşçü Anslo Qarrik rolunu oynayıb. Karyerası ərzində ümumilikdə 48 televiziya/bədii film və seriala çəkilib. Sonuncu çəkildiyi film rejissor dueti - Qrehem Fillips və Parker Fillipsin çəkdiyi “Bygone” adlı trillerdir. 2019-2020-ci illərdə premyerasının baş tutacağı gözlənilir. Daha əvvəl isə 2017-2018-ci illər ərzində yayımlanan “Heppi” kriminal-fantastik serialında Fransisko Skaramuççi, Cənab Mavi rollarını alıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ritchie_Coster

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç