Tan Vey
Aktrisa
Tan Vey 7 oktyabr 1979-cu ildə Çində anadan olub. O, ailədə yeganə uşaq idi. Aktrisa 1996-cı ildə öz dogma şəhərində peşə liseyindən məzun olub. Həmin dövrdə o, şöhrət arxasınca getmir, arxeoloq və ya hüquqşünas olmaq üçün səy göstərir. 1997-ci ildə bir model olaraq qısa müddət fəaliyyət göstərir. 2002-ci ildə Pekin Mərkəzi Dram Akademiyasını bitirir. 1995-ci ildə Tan Vey yerlisi, Şanxayda anadan olan Çju Yuçenlə tanış olur. Onların hər ikisi kino sahəsində dram üzrə ixtisaslaşmışdılar. 1998-ci ildə cütlük ali təhsil almağa davam edərkən birlikdə yaşamağa başlayır, lakin 2002-ci ildə rəsmən ayrılırlar.
Universitetdən məzun olduqdan dərhal sonra Tan məşhur rejissor Stan Lai ilə tanış olur. Aktrisanın istedadı Laini təəccübləndirir və müsahibələrinin birində qeyd edir ki: "Bəzi ulduzlar yaxşı aktyor ola bilmirlər, çox yaxşı aktyor isə yaxşı ulduz ola bilmirş Tan Veydə isə hər ikisini də yetişdirmək üçün kifayət qədər şans var idi". Lai Tan Veyi bəzi rejissorlara tövsiyə etməyə başlayır və beləliklə, aktrisa öz məmləkəti xaricində də tanınır. "Policewoman Swallow" (2004), "Şərq Qərblə görüşür" (2005) və s. filmlərdə rol alır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: