Coel Mur

Coel Mur

Aktyor

BİOQRAFİYA

Coel Devid Mur — amerikal aktyordur. Daha çox “Döyüşçülər” filmində Ouen Dittmen roluna və “Avatar” filmində həkim Norm Spellman roluna görə tanınıb. Karyerasına reklam çarxlarına çəkilməklə başlayıb. Bir çox reklam kampaniyalarında iştirak edib. “eBay”, “Cingular Wireless” və “Best Buy” ilə əməkdaşlıq edib. Coel reklam sahəsində mükafat alan “Siemens”in reklam çarxında çəkilib. Murun çəkildiyi ən məşhur filmlər sırasında “Çəkic” (2006) və “Avatar” (2009) filmləridir. Müğənni Ketti Perrinin “Waking Up in Vegas” mahnısına çəkdiyi klipdə çəkilib. Ketrin Makfinin “Christmas Is the Time to Say I Love You” albomu üçün “It’s Not Christmas Without You” mahnısının klipində görünüb. “LAX” “C.S.I.: Cinayət yeri”, “Müdafiəçi”, “Mələk” və digər ondan artıq televiziya şoularında iştirak edib. “Sümüklər” serialında aspirant Kolin Fişer rolunu alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D1%8D%D0%BC%D0%B1%D0%BB%D0%B8%D0%BD,_%D0%AD%D0%BC%D0%B1%D0%B5%D1%80

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç