Saymon Barret

Saymon Barret

Ssenarist, aktyor, prodüser, rejissor

BİOQRAFİYA

Saymon Barret 1978-ci ildə ABŞ-ın Missuri ştatında (ABŞ) anadan olub. Rejissor Adam Uinqardla sıx əməkdaşlıq edir. Onunla birgə “Ölməyin acınacaqlı yolu”, “V/H/S”, “V/H/S/2”, “Sən növbətisən”, “Qonaq” filmlərinin çəkilişlərində iştirak edib. Qorxu filmlərinin mambılqor cərəyanının təmsilçilərindəndir. Ssenarisini yazdığı və ya çəkdiyi filmlərin bəzilərində ikinci plan və ya epizodik rolları oynayıb. Karyerasının əvvəlində daha çox azbüdcəli filmlər çəkib və ya ssenarilərini yazıb. Adam Uinqarda əməkdaşlığı zamanı, pulları o qədər az olub ki, bədyebətlər, kabuslar və digər ikinci dərəcəli rollara özləri çəkilmək məcburiyyətində qalıblar. 2014-cü ildə verdiyi açıqlamada ssenarist kimi həddindən artıq sifariş daxil olduğundan yaxın gələcəkdə rejissorluq etməyin planlarına daxil olmadığını bildirib. Daha çox “Sən növbətisən” (2011), “V/H/S/2”(2013), “Qonaq” filmlərinin ssenaristi kimi tanınır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinonews.ru/person_27187/simon-barrett

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç