Con Küsak

Con Küsak

Aktyor, prodüser, ssenarist

BİOQRAFİYA

Con Küsak 28 iyun 1966-cı ildə İllinoys ştatında (ABŞ) anadan olub. 1980-ci ildən filmlərdə çəkilməyə başlayıb, ümumilikdə 60-dan çox rol canlandırıb. Atası Dik Küsak reklam biznesi ilə məşğul olub. Bundan əlavə sənədli filmlər çəkib, hətta "Emmi" mükafatını qazanıb və hələ uşaqlıqdan bəzi filmlərdə də çəkilib. Anası Nensi Küsak riyaziyyat müəlliməsi idi. Qardaşı Bill və bacıları Enn, Coan və Süzi atasının yolu ilə gedərək aktyor olublar. Stiven Kinqin povestinin ekranizasiyasında "Stand by Me" (Mənimlə qal), "Broadcast News" (Telexəbərlər) melodramında, "Tapeheads" komediyasında və "Say Anything..." (Bir şey söylə) dramında çəkilir. 1990-cı ildə Con "The Grifters" filmində baş rolda çəkilib. Ardınca o "Roadside Prophets" (Yol uydurmaları), "Shadows and Fog" (Kölgələr və duman), "Money for Nothing" (Havayı pullar) və sair filmlərdə çəkilir. Yalnız 1997-ci ildə aktyor tanınır və dünyada məşhurluq qazanır. 1998-ci ildə “Nazik qırmızı xətt” hərbi filmdə rol alır. 1999-cu ildə Spayk Consun “Con Malkoviç olmaq” filminin çəkilişlərində iştirak edir. 2000-ci illərdə Con Küsak “İntuisiya”, “İdentifikasiya”, “Buz kimi” (2005), “1408” və əsrin əvvəllərində ən baxılan “2012” filmində rol alır. 1997-ci ildə "Qross-Poyntdə cinayət" və "Hava həbsxanası" filmlərindən sonra məşhurluq qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/John_Cusack

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç