Ceki Çan
Aktyor
Ceki Çan 7 aprel 1954-cü ildə Honq Konqda (Cin) kasıb ailədə doğulub. Hətta onlar o qədər kasıb idilər ki, Ceki Çan doğularkən ailəsi xəstəxana xərclərini belə ödəyə bilməyib. Lakin sonradan ailə Avstraliyada yerləşən ABŞ səfirliyində iş tapır. Ona görə də Cekinin uşaqlıq illəri bu materikdə keçir. Lakin altı yaşı tamam olduqdan sonra onu geriyə - Honq Konqa göndərirlər. Həmin illərdə Ceki Pekin Opera Akademiyasında təhsil almağa başlayır. Burada o, döyüş sənəti, aktyorluq, rəqs, vokal və akrobatikaya yiyələnir. Daimi məşqlər və biliyi Ceki kimi gənclərin tez iş tapması ilə nəticələnirdi. Beləliklə, Ceki tezliklə bir çox qısametrajlı filmlərdə dublyor kimi fəaliyyət göstərməyə başlayır. Çox keçmir ki, Ceki ətrafda ən yaxşı və təhlükəli işləri yerinə yetirən dublyor kimi tanınır. Artıq o, Asiyada ən hündür tullanan insan kimi də məşhurlaşır. Bu Asiya kinematoqrafiyasında ilk hadisə kimi tarixə düşür və Cekini artıq tək dublyor kimi yox, hətta bir çox kinolarda ikinci rolların ifaçısı kimi istifadə etməyə başlayırlar. Ceki Çan birinci əhəmiyyətli və baş rol təklifini 1973-cü ildə "Kvantunqun balaca pələngi" adlı filmi üçün alır. Brüs Linin vaxtsız ölümündən sonra artıq çoxları Cekini onun surəti adlandırırdılar. Hətta rejissor Lo Vey ona "Sinq Lunq" adını da vermişdi. Bu adın mənası isə "Əjdaha olmaq" kimi səslənirdi, bu ləqəblə əvvəllər Brüs Li tanınırdı.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Ceki_%C3%87an