Pit Postletueyt

Pit Postletueyt

Aktyor

BİOQRAFİYA

Piter Uilyam “Pit” Posteltueyt 7 fevral 1946-cı ildə İngiltərənin Çeşir qraflığının Uorrinqton şəhərində anadan olub. Uşaqlığında keşiş olmağı arzulayıb. Uzun müddət müəllim işləyib. Yerli dram məktəbinə daxil olduqdan sonra bir müddət teatrda çalışıb, Şekspir pyeslərindən çoxsaylı klassik rollar oynayıb. Kinoda ilk böyük rolu “Uzaq səslər, sönmüş həyatlar” filmində Keşiş rolu olub. Aktyor həddindən artıq siqarət çəkdiyindən 1990-cı ildə ona ağciyər xərçəngi diaqnozu qoyulub. Uğurlu müalicənin sayəsində sağalıb. 1992-ci ildə “Yad 3” qorxu filmində Devid rolunu oynayıb. 1994-cü ildə “Atam naminə” filmində oynadığı rola görə “Oskar” mükafatına namizəd olub. Daha sonra aktyor “Şübhəli simalar”, “Romeo + Cülyetta”, “Solomon Keyn”, “Başlanğıc” və “Oğrular şəhəri” kimi filmlərə çəkilib. 2004-cü ildə Britaniya İmperiyası ordeni ilə təltif olunub. 2 yanvar 2011-ci ildə mədəaltı vəzi xərçəngindən dünyasını dəyişib. “Bononu öldürmək” filmi aktyorun sonuncu filmi olub. Ölümündən sonra aktyor “Oğrular şəhəri” filmində oynadığı rola görə “BAFTA” mükafatına namizəd olub. Daha çox “Şübhəli simalar”, “Atam naminə”, “Yur Dövrünün Parkı 2”, “Sonuncu Mogikan”, “Əjdaha Ürəyi”, “Başlanğıc”, “Oğrular şəhəri” filmlərində oynadığı rollara görə tanınır. 1994-cü ildə “Atam naminə” filmində oynadığı ikinci plan roluna görə “Oskar” mükafatına namizəd olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Pete_Postlethwaite

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç