Benjamin Cozef Manali Novak

Benjamin Cozef Manali Novak

Benjamin Cozef Manali Novak (ing. Benjamin Joseph Manaly Novak; 31 iyul 1979-cu ildə anadan olub) — amerikalı aktyor, ssenarist və prodüserdir.

BİOQRAFİYA

Novak Massaçusets ştatının Boston şəhərinin ətrafında olan Nyutonda yəhudi ailəsində doğulub böyüyüb. Con Krasinski ilə eyni məktəbi bitirib.
Aktyor, ssenarist və baş prodüser kimi çıxış etdiyi Ofis serialındakı roluna görə Emmi Mükafatına namizəd olub. "Konan O'Brayenlə gec gecə" və "Setup" şousunda iştirak edib. 2009-cu ildə o, Kventin Tarantinonun "Şeytansız əclaflar" filmində Nyu-Yorkdan olan sıravi Yudiviç obrazını canlandırıb.

Filmoqrafiya:

İl     Filmin Adı  
2003     Punk’d  
2003     The Offensive Show  
20052013     The Office  
2006     Unaccompanied Minors  
2007     Knocked Up  
2007     Reign Over Me  
2009     Inglourious Basterds  
2009     The Office: Subtle Sexuality  
2010     The Office: The Mentor  
2010     The Office: The 3rd Floor  
2011     The Office: The Girl Next Door  
2011     The Smurfs  
2012     The Dictator  
2013     The Internship  
2013     The Smurfs 2  
2013     Saving Mr. Banks  
2013     The Mindy Project  
2014     The Amazing Spider-Man 2  
2014     Community  
2014     The Newsroom  
2015     Arthur  
2016     The Founder  
20162018     Crazy Ex-Girlfriend  
2019     Threat Level Midnight: The Movie  
2020     Home Movie: The Princess Bride  
2021     Melinda’s Wish  
2022     Vengeance  


FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç