Katrin Denyöv
Aktrisa
Katrin Denyöv 22 oktyabr 1943-cü ildə Parisdə (Fransa) anadan olub. Aktyorlar Moris Dorleak və Rene Simononun (Denyöv) ailəsində üç qızdan ortancılıdır. Onun böyük bacısı Fransuaza 1942-ci ildə, balaca bacısı Silviya isə 1946-cı ildə dünyaya gəlib. Karyerasının əvvəlində o dövr üçün daha məşhur olan böyük bacısı Fransuaza ilə səhv salınmasın deyə ana soyadını götürüb. Rene Simononun həmçinin aktyor Em Klariondan 1936-cı ildə doğulmuş Daniel adlı bir qızı da var. Atası Moris “Paramaunt” üçün xarici filmlərin dublyajında işləyib. Anası Rene isə ev işlərini görməklə yanaşı teatrda da işləyirdi. Katrin Denyöv “Şerbur çətirləri” musiqili filminin Kann festivalında mükafata layiq görülməsindən sonra məşhurlaşıb. Fransanın ən şöhrətli akrisalarından biri hesab edilir. Fotoqraf Devid Beyli ilə evli olub. Oğlu Kristian Vadimin atası rejissor Roje Vadim, qızı Kyara Mastroyanninin atası aktyor Marçello Mastroyannidir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Katrin_Den%C3%B6v