Aleksandr Şeer

Aleksandr Şeer

Aktyor

BİOQRAFİYA

Aleksandr Şeer – almaniyalı aktyordur. 1 iyun 1976-cı ildə Şərqi Berlində anadan olub. Berlin musiqi məktəbinin zərb alətləri və fortepioano sinfini bitirib. Attestat aldıqdan sonra musiqi sahəsində ali təhsil almayıb, əvəzində reklam çarxlarında model kimi çəkilməyə başlayıb. Paralel olaraq, "Berlin Alexanderplatz" və "Volksbühne Berlin" kimi teatrların tamaşalarında çıxış edib. 2007-ci ildə “Ther Rockboys” adlı rok-qrup yaradıb. 2009-cu ildə “The International Competition” kollektivinə qoşulub. Bundan başqa, musiqiçi "Gruppe Pegel" Vyana rok qrupunun frontmenidir. Musiqi bacarıqları Aleksandra “Handerman” bioqrafik filmində Gerhard Handermanı ustalıqla canlandırmaqda kömək edib. 2010-cu ildə terrorçu İliç Ramires Sançesin həyatından bəhs edən “Karlos” mini serialında Yohannes rolunu oynayıb. 2021-ci ildə “Qan qırmızı səma” mistik trillerində baş antoqonisti oynayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Alexander_Scheer

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç