Atli Örvarsson

Atli Örvarsson

Bəstəkar

BİOQRAFİYA

Atli Örvarsson – islandiyalı bəstəkardır. Hans Zimmerin “Remote Control Productions” studiyasının əməkdaşıdır. Atli 7 iyul 1970-ci ildə İslandiyada, tanınmış yerli bəstəkarın ailəsində anadan olub. Musiqi karyerası erkən yaşlarından başlayıb. Fortepiano və trubada gözəl ifa edən yeniyetmə Atli bir sıra pop və caz kollektivlərinin heyətində Avropa boyunca qastrol səfərlərində olub. "Salin Hans Jons Mins" adlı rok-qrupun tərkibində 90-larda üç platin və iki qızıl albom buraxıb. 1993-cü ildə Bostonun Berkli Musiqi kollecində oxumaq üçün Amerika Birləşmiş Ştatlarına köçüb. Kollecdə kinomusiqi və klassik kompozisiya ixtisası üzrə təhsil alıb və ali təhsil müəssisəsini fərqlənmə ilə bitirib. Magistr dərəcəsini isə Şimali Karolina İncəsənət Məktəbində əldə edib. 2006-cı ildə dünyaca məşhur bəstəkar Hans Zimmer onu kino və kompüter oyunları üçün fon musiqilərin və saundtreklərin yaradılması üzrə ixtisaslaşmış “Remote Control Productions” studiyasına dəvət edib. Zimmerin rəhbərliyi altında “Karib dənizinin quldurları: Dünyanın kandarında”, “Mələklər və Şeytanlar”, “Simpsonlar: Kino” və digər filmlərin musiqisinin yaradılmasında iştirak edib.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Atli_%C3%96rvarsson 

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç