Vinq Reymz
Aktyor
İrvinq (Vinq) Reymz 12 may 1959-cu ildə Nyu-Yorkda (ABŞ) anadan olub. 1983-cü ildə Nyu-Yorkun Səhnə sənəti məktəbini bitirib. Daha sonra müxtəlif teatrlarda, o cümlədən Brodveydə səhnəyə çıxıb. 80-ci illərin əvvəllərində televiziya layihələrində tez-tez iştirak edib. Onun ilk rolu “Get, dağlara de” (1985) avtobioqrafik filmdə yazıçı Ceyms Bolduinin atası rolu olub. Ən məşhur rolu isə Kventin Tarantinonun çəkdiyi “Kriminal qiraət” filmində cinsi təcavüzə məruz qalmış kriminal avtoritet Marsellas Uolles personajı olub. Həmçinin, “Qeyri-mümkün tapşırıq” silsiləsindən olan filmlərdə Lüter Stikel kimi yaddaşlarda qalıb. Ümumilikdə 100-dən çox filmə çəkilib. 1998-ci ildə “Don Kinq: Yalnız Amerikada” filmində oynadığı rola görə “Qızıl Qlobus” mükafatına layiq görülüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ving_Rhames