Jaume Balaqero

Jaume Balaqero

Rejissor

BİOQRAFİYA

Jaume Balaqero i Bernat – 40-dan çox yerli və bexnəlxalq mükafatların laureatı olan, qorxu janrında şöhrət qazanan ispaniyalı kinorejissordur. Qorxu filmləri üslubuna görə onu Alexandro Amenabarla bir sıraya qoyurlar. Jaume Balaqero 2 noyabr 1968-ci ildə Kataloniyanın Lerida şəhərində (İspaniya) anadan olub. Erkən yaşlarında ailəsi ilə birlikdə Barselona şəhərinə köçüb. Kataloniya paytaxtında boya-başa çatıb. Barselona universitetində kommunikasiya ixtisası üzrə ali təhsil alıb, daha sonra argentinalı rejissor Ektor Faverin rəhbərliyi altında operatorluq sənətini öyrənməyə başlayıb. 1991-ci ildə “Kommunikasiya elmləri” ixtisası üzrə magistr dərəcəsi əldə edib. 1991-1992-ci illərdə bir sıra kinojurnallarda jurnalist kimi çalışıb. Alternativ mədəniyyət və qara kino təmayüllü “Kinoşok” dərgisinin redaktoru olub. 1992-1995-ci illərdə “La espuma de los dias” adlı radioverlişin aparıcısı olub, kinolar haqda müzakirələr aparıb. Böyük ekranlarda daha çox “Reportaj” (2007), “Dərin yuxu” (2011), “Adsız” (1999) qorxu filmlərinin rejissoru kimi məşhurlaşıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Jaume_Balaguer%C3%B3

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç