Lars Brüqmann
Aktyor
Lars Brüqmann – danimarkalı aktyordur. “Təntənə” filmi və “Dikte Svendsen” serialında oynadığı rolla tanınır. 17 fevral 1952-ci ildə Kopenhagen şəhərində (Danimarka) anadan olub. 1987-ci ildə aktyorluq məktəbini bitirib. "Får302", "Dr. Dante", "Mungo Park" və "Østre Gasværk Teater" teatrlarının aktyoru olub. 41 yaşından kinofilmlərə çəkilməyə başlayıb. Onun aktyor kimi məşhurlaşması rejissor Tomas Vinterberqin “Təntənə” filmində oynadığı rolla əlaqələndirilir. Danimarkanın bir sıra populyar teleseriallarında baş rolu oynayıb. Danimarkalı teleaparıcı Katrin Salomonla evlidir. Cütlüyün iki övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Lars_Brygmann