Finn Littl

Finn Littl

Aktyor

BİOQRAFİYA

Finn Littl – avstraliyalı aktyordur. 6 sentyabr 2006-cı ildə Avstraliyanın Kvinslend şəhərində anadan olub. Uşaq olmağına baxmayaraq bir sıra yüksək reytinqli tammetrajlı filmlərə çəkilib, Hollivud ulduzları ilə çəkiliş meydançalarını bölüşüb. Gənc aktyor “Axınlar diyarı” kriminal fentezi dramında oynadığı rolla məşhurlaşıb. Tammetrajlı kinoda debütü 2019-cu ilə təsadüf edir. Belə ki, qeyd olunan il “Qasırğa oğlan” uşaq romanının ekranizasiyasına çəkilib. Aktyor Cay Kortni və Ceffri Raş kimi tanınmış aktyorlarla kameralar önünə çıxıb. Elə həmin il Finn rejissor Kim Farrantın “Mənim mələyim” adlı psixoloji trillerində rol alıb. 2021-ci ildə Ancelina Coli ilə birgə “Mənə ölüm arzulayanlar” adlı trillerdə baş rola çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.imdb.com/name/nm7567974/bio

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç